23/12/2017 10:37

IDEF-2019 sərgisinin keçiriləcəyi tarix müəyyənləşib

Türkiyədə keçiriləcək IDEF-2019  14-cü beynəlxalq müdafiə sərgisinin keçiriləcəyi vaxt təsdiqlənib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondu (TSKGV) rəsmi “Twitter” səhifəsində bildirib.

IDEF-2019 beynəlxalq müdafiə sərgisi 2019-ci il 30 aprel – 3 may tarixlərində Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində keçiriləcək.

Türkiyə prezidentinin hamiliyi, Milli Müdafiə Nazirliyinin ev sahibliyi ilə keçirilən IDEF-2019 sərgisində başda Türkiyə olmaqla müxtəlif ölkədən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkət və dövlət müəssisələri iştirak edərək öz məhsullarını sərgiləyəcək. Sərgidə əsas ağırlıq Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin payına düşəcək.

Qeyd edək ki, IDEF sərgisində Azərbaycandan media dəstək qismində “Azeri Defence” jurnalı təmsil olunur.