18/07/2012 17:00

IDEX-2013 sərgisində yenilik olacaq

Gələn il fevral ayında Abu-Dabidə keçiriləcək IDEX-2013 beynəlxalq müdafiə sərgisində pilotsuz uçuş aparatların (PUA) nümayişi üçün xüsusi zona təşkil olunacaq. Bu barədə “AzeriDefence” IDEX-2013 sərgisinin saytına istinadən məlumat verib.

Sərginin təşkilatçıları bu addımı Yaxın Şərq, Orta Şərq və Şimali Afrika regionunda PUA-lara artan maraq və tələblə əlaqələndiriblər.

Ekspertlərin qiymətləndirmələrinə görə, 2012-2021-ci illərdə qeyd olunan regionlarda PUA bazarının həcmi 1 milyard ABŞ dolları təşkil edəcək. Bu regionlarda əsasən MALE (medium altitude long endurance) tipli PUA-lara daha çox tələb olacaq.

Sərgi çərçivəsində pilotsuz aparatların inkişaf problemlərinə həsr edilmiş birgünlük konfrans da keçiriləcək.

Qeyd edək ki, IDEX sərgisi ilə bir yerdə hərbi dəniz vasitələrinin nümayiş olunduğu NAVDEX adlı sərgi də təşkil olunur.

www.idexuae.ae