10/07/2012 05:16

İDEX-2013 sərgisinin əsas sponsoru Tawazun Holding oldu

Tawazun Holding şirkəti növbəti dəfə Yaxın Şərqin ən böyük müdafiə sərgisi olan IDEX-in əsas sponsoru olub. Bu barədə “AzeriDefence”yə Tawazun Holding şirkətindən məlumat verilib.

Abu-Dabi Milli Sərgilər Şirkəti (ADNEC) Tawazun Holdingi IDEX-2013 sərgisinin əsas sponsoru elan edilib.

“İki ildən bir, dünyanın aparıcı müdafiə qurumlarında qərar qəbul edən şəxslərinin diqqəti Abu-Dabiyə yönəlir. Biz BƏƏ-də istehsal edən dünya səviyyəli məhsullar və göstərilən xidmətləri nümayiş etdirməyi səbirsizliklə gözləyirik”, – deyə Tawazun şirkətinin korporativ əlaqələr üzrə direktoru Saif Ali Al Marzooqi vurğulayıb.

Qeyd edək ki, İDEX -2013 sərgisi 2013-cü il fevralın 17-dən 21-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Xəlifə bin Zayed əl-Nahyanın hamiliyi altında keçiriləcək.