19/02/2017 13:30

İDEX-2017 sərgisi işə başlayıb – FOTOLAR

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabi şəhərində on üçüncü İDEX-2017 beynəlxalq müdafiə sərgisi və dördüncü NAVDEX-2017 dəniz sərgisi işə başlayıb.

“AzeriDefence”nin sərgidə iştirak edən baş redaktoru Rəşad Süleymanovun verdiyi məlumata görə, fevralın 19-dan 23-dək davam edəcək sərginin İDEX bölməsində dünyanın 57 ölkəsindən 1235, NAVDEX bölməsində isə 27 ölkədən 99 ixtisaslaşmış şirkət öz məhsul və xidmətlərini təqdim edib.

BƏƏ dövlət başçısı Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın hamiliyi altında keçirilən sərgi iştirakçılarının sayında 2015-ci illə müqayisədə 3% artım olub.

Sərginin dəniz bölməsində BƏƏ Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi ilə yanaşı müxtəlif ölkələrin HDQ-nə məxsus gəmilər lövbər salıb. Sərgi günlərində həm quru, həm hava, həm də dəniz seqmentlərində şou və təqdimatlar təşkil edilib.

Sərgidə Azərbaycandan DSX rəisi, general-polkovnik Elçin Quliyevin, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdikləri nümayəndə heyətləri, o cümlədən Müdafiə və Müdafiə Sənayesi nazirliklərinin təmsilçiləri ziyarətçi qismində iştirak edirlər.