17/02/2019 14:27

İDEX-2019: Azərbaycan müdafiə nazirinin sərgi çərçivəsində görüşləri – FOTOLAR – EKSKLUZİV

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabi şəhərində İDEX-2019 beynəlxalq müdafiə sərgisində ziyarətçi qismində iştirak edən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün sərgi çərçivəsində bir sıra görüşlər keçirib.

Bu barədə “AzeriDefence”nin sərgidə iştirak edən baş redaktoru Rəşad Süleymanov məlumat verib.

Sərgi çərçivəsində general-polkovnik Zakir Həsənov Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkov, Belarus Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko, o cümlədən Türkiyənin ROKETSAN, ASELSAN, MKE, ASFAT, “Otokar” və digər şirkət rəhbərləri ilə görüşlər keçirib. Nazir burda sərgilənən yeni silah və texnikalarla tanış olub.

General-polkovnik Zakir Həsənov eyni zamanda sərgidə iştirak edən digər xarici şirkətlərin də stendlərinə baş çəkib.