17/02/2019 10:45

İDEX-2019 sərgisi işə başlayıb – FOTOLAR – EKSKLUZİV

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabi şəhərində İDEX-2019 beynəlxalq müdafiə sərgisi işə başlayıb.

“AzeriDefence”nin sərgidə iştirak edən baş redaktoru Rəşad Süleymanovun verdiyi məlumata görə, İDEX-2019 beynəlxalq müdafiə sərgisində dünyanın müxtəlif ölkələrindən 1200 ixtisaslaşmış şirkət öz məhsul və xidmətlərini təqdim edib.

Sərgidə müdafiə şirkətləri özlərinin yeni texnologiyalarını BƏƏ və digər region ölkələr üçün tanıdırlar. Sərgi BƏƏ dövlət başçısı Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın hamiliyi altında keçirilir.

Sərgidə Azərbaycan da ziyarətçi qismində təmsil olunur. Sərgidə Azərbaycandan müdafi naziri general-polkovnik Zakir Həsənovun və DSX rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdikləri nümayəndə heyətləri, o cümlədən Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları və digər şirkətlərin nümayəndələri ziyarətçi qismində iştirak edirlər.

Qeyd edək ki, İDEX-2019 sərgisi fevralın 21-dək davam edəcək.