19/10/2012 06:09

İjmaş üç yeni silahın seriyalı istehsalına başlayır

Rusiyanın “İjmaş” şirkəti 2012-ci ilin sonunda “Sayqa-12”, AK-74M və “Sayqa-9” (Vityaz-SN tapança-pulemyotun mülki modifikasiyası) tüfənglərinin sertifkasiyasına və seriyalı istehsalına başlamaq niyyətindədir. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə İjmaş şirkətinin press-relizində məlumat verilib.

Məlumatda bildirilib ki, “Sayqa-12” tüfəngi 12/70 kiçik impulslu patronları ilə praktik atışa uyğunlaşdırıb. AK-74M airsoft versiyası məşq və həvəskar atış üçün pnevmatik tüfəng olacaq. “Sayqa-9” isə “Vityaz-SN” tapança-pulemyotundan fərqli olaraq tək-tək atəş açacaq.