01/12/2017 20:29

İlham Əliyev: Azərbaycan Əfqanıstanda xidmət aparan hərbçilərinin sayını artıracaq

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına uyğun həll edilməsi məsələsində Əfqanıstanın ədalətli mövqeyinə görə minnətdarıq”.

“AzeriDefence”nin məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev əfqanıstanlı həmkarı Məhəmməd Əşrəf Qəni ilə görüşdən sonra mətbuata bəyanatında deyib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyir.

“Biz Qətiyyətli Dəstək Missiyasının iştirakçısıyıq. Biz multimodal tranzit və hava məkanımızdan istifadəni təmin edirik. Qərar qəbul etmişik ki, Əfqanıstanda xidmət aparan hərbçilərimizin sayını artıraq və bununla da Əfqanıstanda sabitlik, sülh və inkişafa töhfə verək”, – deyə dövlət başçısı bəyan edib.