25/04/2018 19:28

İlham Əliyev: Azərbaycan Ordusunun Türkiyə məhsulları hesabına gücləndirilməsi istiqamətdə addımlar artırılacaq

Azərbaycan və Türkiyə arasında müdafiə sahəsində birgə hərbi təlimlər həyata keçirilir.

“AzeriDefence”nin Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Ankarada rəsmi səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Prezident İlham Əliyev bildirib ki, Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi var və Azərbaycan ordusunun ehtiyacı, o cümlədən Türkiyədə istehsal olunan hərbi məhsullar hesabına təmin edilir: “Bu gün aparılan danışıqlarda qərara gəldik ki, bundan sonra da bu istiqamətdə addımlar atılacaq. Biz görürük ki, Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi var və istehsal olunan məhsullar ən yüksək standartlara uyğundur”.