26/09/2018 16:44

İlham Əliyev: Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində “Azərsky” peykinin xüsusi rolu vardır

““Azərsky” müşahidə peyki vasitəsilə biz nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim müntəzəm olaraq izləyə bilirik, nəzarət edə bilirik”.

“AzeriDefence”nin Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Prezident İlham Əliyev “Azerspace-2” peykinin orbitə buraxılması münasibətlə Azərbaycan xalqına təbrikində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində “Azərsky” peykinin xüsusi rolu vardır: “Bu peykin fəaliyyəti nəticəsində biz bu sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq və bir çox ölkələr üçün peyk xidməti göstəririk”.