11/01/2017 00:23

İlham Əliyev: “Dağıdıcı qüvvəyə malik silahlarımızın bir hissəsi nümayiş etdirilməyib”

telim

Azərbaycanın hərbi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək.

“AzeriDefence”nin məlumatına görə, bunu Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev bildirib.

Prezident bunun üçün dövlət büdcəsində kifayət qədər vəsait ayrıldığını qeyd edib.

Hərbi xərclərin büdcə xərcləri arasında birinci yerdə olduğunu vurğulayan prezident İlham Əliyev Azərbaycanın böhranlara, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, ordunu ən müasir silah-sursat, texnika ilə təmin etdiyini açıqlayıb.

“Keçən il çox önəmli addımlar atılıb. Ən müasir silahlar ölkəmizə gətirilib və bu il də bu proses davam edəcək. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək”.

Xəbər Lenti