11/01/2017 16:11

İlham Əliyev FHN zabitləri üçün inşa olunan binanın açılışında iştirak edib – FOTO

İlham Əliyev Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib.

“AzeriDefence”nin prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, İlham Əliyev əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsib.

Sonra prezident mənzillərdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, zirzəmi qatı ilə birlikdə yeddimərtəbəli yaşayış binasında 48 mənzil var. Onlardan 24-ü iki otaqlı, 24-ü üç otaqlıdır.

Binanın zirzəmi qatında subay zabit, gizir və müddətdən artıq xidmət edənlər üçün 4 yaşayış sahəsi ayrılıb. Onlardan biri dörd nəfərlik, ikisi altı nəfərlik, biri səkkiz nəfərlikdir.

Yaşayış binasında istirahət otağı, qadın gözəllik salonu, kişi bərbərxanası, dərzi və komendant otaqları, 2 əşya anbarı, 40 nəfərlik yeməkxana və camaşırxana yaradılıb.

3