11/01/2017 16:25

Prezident Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissəsində olub – FOTO

HERBI_final

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib.

“AzeriDefence”nin prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev dövlət başçısına raport verib.

Məlumat verilib ki, burada əsgər yataqxanası, Əsgəri-Məişət Kompleksi inşa olunub, sıra meydanı, idman sahəsi yaradılıb, abadlıq-quruculuq işləri aparılıb.

Dövlətimizin başçısı əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident əsgər yataqxanasında yaradılan şəraitlə tanış olub. 900 yerlik yataqxanada əsgərlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb. Üçmərtəbəli bina müasir səviyyədə inşa edilib.

Ümumi sahəsi 4 min kvadratmetr olan yataqxana bütün zəruri avadanlıqla təchiz edilib. Binada ümumi sahəsi 800 kvadratmetr olan 24 otaq var.

Məlumat verilib ki, hərbi hissədə hamam kompleksi də yaradılıb.

Ümumi sahəsi 272 kvadratmetr olan bu kompleksdən 1 saat ərzində 172 hərbçi istifadə edə bilər.

Hərbi hissədəki Əsgəri-Məişət Kompleksinin ümumi sahəsi 6172 kvadratmetrdir. Binada poçt xidmətləri üçün otaq, mağaza və çay evi də hərbi qulluqçuların ixtiyarına veriləcək.

Kompleksdə 1000 yerlik 2, 500 yerlik 1 və 250 yerlik 2 yemək salonu var. Ümumilikdə, burada eyni vaxtda 3000 hərbçi qidalana bilər.

Prezident İlham Əliyev burada qida məhsullarına baxıb, aşpazlarla söhbət edib və onlarla xatirə şəkli çəkdirib.

Sonra prezident silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub.

 

 

 

Xəbər Lenti