19/07/2018 23:28

İlham Əliyev Parisdə “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay ilə görüşüb.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Görüşdə “Airbus” şirkəti ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. “Azərsky” və “Spot 6” peyklərinin dünya bazarlarında uğurlu fəaliyyətindən məmnunluq bildirilib.

Azərbaycanın gələcəkdə “Airbus” şirkətindən yeni daha yüksək ayırdetmə peyklərini alması və peyklərlə bağlı texnologiyalar ətrafında müzakirələr aparılıb.