11/08/2016 10:46

İlham Əliyev Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasında yaradılan şəraitlə tanış olub – FOTOLAR 

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanış olub.

“AzeriDefence”nin prezidentin rəsmi internet saytına istinadən verdiyi məlumatına görə, DSX rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev prezident İlham Əliyevə raport verib.

Tanışlıq zamanı prezidentə bildirilib ki, sərhəd zastavası Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvəsi olan Bazardüzü istiqamətində fəaliyyət göstərir və dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşir. Zastavanın mürəkkəb relyefə və soyuq iqlim şəraitinə malik xidməti ərazisində dövlət sərhədlərimizin mühafizəsi yüksək səviyyədə təşkil edilib.

Sərhəd zastavasının binasında ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin sərhəd qoşunlarının inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Bildirilib ki, dövlət sərhədinin dağlıq ərazidə və səhra şəraitində etibarlı mühafizəsini təşkil etmək üçün lazım olan müvafiq texniki vasitələr, müasir avadanlıqlar və silahlar alınaraq zastavada yerləşdirilib. Xidmətin yüksək səviyyədə aparılması üçün sərhədçilər Qarabağ atları ilə və xüsusi təlim keçmiş itlərlə təmin olunublar.

Yeni layihə üzrə tikilmiş sərhəd zastavasında xidmətin və yaşayışın yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb, müasir tələblərə cavab verən əsgər yataqxanası, yeməkxana, isti-rahət guşəsi, idman zalı, təlim şəhərciyi, müasir tələblərə cavab verən xüsusi təyinatlı binalar inşa olunub. Zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların ailələri üçün 22 mənzilli yaşayış binası tikilib.

Ərazidə abadlaşdırma işləri görülüb, yüksək zirvələrdə olan bulaqlardan çəkilmiş su xətti hesabına zastava içməli su ilə təmin edilib.

nam_5664
05

nam_5672

06

nam_5646

02