11/02/2019 21:55

İlham Əliyev SHXÇDX-nin hərbi qulluqçularını təltif edib – SİYAHI

Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

 

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Tağıyev Elmar Əli oğlu – polkovnik-leytenant

 

“Hərbi xidmətlərə görə” medalı ilə

Babazadə Əjdər Yəhya oğlu – polkovnik-leytenant

Əhmədov Elşad Təşkilat oğlu – polkovnik-leytenant

Məmmədov Bəxtiyar İbrahim oğlu – polkovnik-leytenant

Nəbiyev Əfran Xanəli oğlu – polkovnik-leytenant

Əliyev Vüsal Akif oğlu – mayor

Həsənov Nicat Zəfər oğlu – mayor

Əsədullayev Vilayət Fətulla oğlu – kapitan

Sadıqova Ülviyyə Məhərrəm qızı – ədliyyə baş leytenantı.