17/01/2013 13:17

İndoneziya Azərbaycan ilə hərbi sahədə əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir

İndoneziya Azərbaycan ilə hərbi və hərbi texniki sahələrdə əməkdaşlığı genişləndirməyə maraqlıdır. “AzeriDefence”nin xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan İndoneziya Müdafiə Nazirliyinin baş katibi, marşal Eris Herryanto bildirib.

E. Herryantonun sözlərinə görə müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək üçün baza rolunu oynayacaq saziş layihəsi hazırdır və İndoneziya tərəfi bu layihəni nəzərdən keçirir.

Marşal əməkdaşlıq üçün müxtəlif istiqamətlərin olduğunu deyib. Bu istiqamətlər sırasında kadrların hazırlanması, müdafiə sənayesi və s.yer ala bilər.

Səfərimizdə məqsəd iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək idi, – deyə marşal vurğulayıb.

Marşal onu da bildirib ki, İndoneziya heyəti Bakıya səfərə gələrkənözləri iəl bu ölkədə istehsal olunan bir ədəd yeni SS-2 adlı atıcı silahın nümunəsini gətirib. Həmin silah Azərbaycanın müdafiə nazirinə təqdim edilib.