18/01/2012 12:29

İngiltərə Türkiyəyə müasir savaş gəmisini təklif edir

İngiltərə Türkiyəyə hazırda yaradılma mərhələsində olan Tip-26 Qlobal Müharibə Gəmisini satmaq niyyətindədir. ADN-in bildirdiyinə görə, bu barədə «Financial Times» qəzeti məlumat yayıb.

«BAE Systems» şirkəti bununla bağlı Türkiyə ilə görüşlər keçirdiyini açıqlayıb.

Hazırda yaradılma mərhələsində olan döyüş gəmisi dənizaltılarla mübarizə aparmaq qabiliyyətinə sahib olacaq. Gəmi həmçinin müasir havadan müdafiə sistemləri ilə təchiz ediləcək.

Şirkət bu gəmini Türkiyə və Braziliya kimi ölkələrin sifarişi əsasında bu ölkələrin özündə istehsal etmək niyyətindədir.

Rəsmi məlumatlara görə, çəkisi 5400 ton olan gəminin uzunluğu 145 metr, mənzili 1100 km, sürəti 28 km/saat təşkil edəcək. Gəminin silahlanmasına 127 mm MBDA top, /MBDA/Thales ve Seawolf yaxın məsafəli havadan müdafiə raketləri, dənizaltılara qarşı xüsusi silahlandırılmış 1 ədəd helikopter daxildir. Gəmidə 130 əsgər, 36 zabitin xidmət etməsi mümkün olacaq.