10/09/2018 16:46

İran “Bavar-373” ZRK-ni ballistik raketə qarşı sınaqdan keçirib

İran Silahlı Qüvvələri “Bavar-373” zenit-raket kompleksini (ZRK) ballistik raketlər əleyhinə sınaqdan keçirib.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

“Xatəm-ül-Ənbiya” Hava Hücumundan Müdafiə Qüvvələrinin komandan müavini general Mahmud İbrahimnejad bildirib ki, “Bavar-373” ZRK-nin sınaqları uğurla nəticələnib.

General Rusiyanın S-300 zenit-raket kompleksinin bənzəri olan “Bavar-373” hava hücumundan müdafiə kompleksinin birincidən daha mürəkkəb və daha güclü olduğunu qeyd edib. Onun sözlərinə görə, İran mütəxəssisləri “Bavar-373”də S-300 ZRK-də olan zəif nöqtələri aradan qaldırmağa çalışırlar.

Komandan müavini “Bavar-373” ZRK-nin artırılmış mobilliyə, çevikliyə və digər xüsusiyyətlərinə görə S-300-dən üstün olacağını deyib.