25/04/2018 19:04

İran beynəlxalq sərgidə ilk dəfə PUA-larını nümayiş etdirir – FOTO

İran Türkiyənin Antalya şəhərində keçirilən “Eurasia Airshow-2018” beynəlxalq aviasiya sərgisi və şousunda 2 ədəd pilotsuz uçuş aparatı nümayiş etdirir.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

“Yasir” və “Bina” indeksi almış kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları (PUA) ilk dəfədir ki, xarici sərgidə nümayiş etdirilir.

Bildirilib ki, döyüş sursatları ilə silahlandırılan “Yasir” 360 dərəcə radiusda görüntüləmə sistemi və radara görsənməyən sistem ilə təchiz olunub. Mobil daşına bilən “Yasir” 7-10 saat arasında uçuş edə bilir. PUA 11000-15000 fut yüksəklikdə əməliyyat aparmaq imkanına malikdir. “Yasir”in ABŞ istehsalı olan “Scan Eagle” PUA-sının bənzəri olduğu deyilir.

Bir saatlıq uçuş qabiliyyətinə malik olan “Bina” PUA isə 350 metr yüksəklikdə 75 km/saat sürətlə 10 km məsafə qət edə bilir. İran mütəxəssisləri tərəfindən yerli imkanlar hesabına hazırlanan PUA səssiz işləyir.