21/12/2015 10:30

İran BMT-nin tələbinə məhəl qoymayacaq

İran raket proqramının məhdudlaşdırılması ilə bağlı beynəlxalq təşkilatların tələblərini yerinə yetirməyəcək.

“AzeriDefence”in xarici mediaya istinadən verdiyi məlumatına görə, bunu İranın müdafiə naziri Hüseyn Dehqan deyib.

O, BMT ekspertlərinin İranın beynəlxalq bəyannaməni pozmaları haqda dediklərini də əsassız adlandırıb:

“Bütün təzyiqlərə baxmayaraq, biz “Emad” uzaqmənzilli raketin sınaqlarını həyata keçirdik. Məqsədimiz İranın milli təhlükəsizlik maraqlarını təmin etməkdir. Bu sahədə heç bir məhdudiyyət olmayacaq. ”

Qeyd edək ki, İran bu ilin oktyabrında “Emad” uzaqmənzilli raketin sınaqlarını həyata keçirib.