04/09/2013 17:38

İran Dəniz Qüvvələrinin komandanı Azərbaycanın Xəzərdə silahlanmasından narahatdır

Son illərdə Xəzər dənizində davamlı silahlanma həyata keçirən İran Azərbaycanın öz dəniz donanmasını gücləndirməsindən narahatdır. “AzeriDefence.com” saytının İran mediasına istinadən verdiyi məlumata görə, İran Dəniz Qüvvələri komandanı kontr-admiral Həbibulla Sayyari jurnalistlərə açıqlamasında ölkəsinin Xəzər dənizi üzərində bütün hərəkətləri izlədiyini və monitorinqini apardığını vurğulayıb.

Region dövlətləri arasında iqtisadi əməkdaşlıq üçün Xəzər dənizinin vacibliyini vurğulayan admiral bildirib ki, status-kvonu qorumaq üçün İran Dəniz Qüvvələri öz iştirakını gücləndirməlidir.

H. Sayyari bildirib ki, iyul ayında İran Dəniz Qüvvələri Xəzər dənizində İranıın enerji yataqlarının qorunmasını özündə əks etdirən “Davamlı Təhlükəsizlik” adlı dəniz təlimləri keçirib.

İranlı admiral Azərbaycanın Xəzərdə silahlanmasından narahatlığını ifadə edib. O, bildirib ki, Xəzər sülh və dostluq dənizi adlanır. Azərbaycanın İsraildən son raket satınalmaları (Gabriel-5 raketləri) regional sülh və sabitliyə zərərli təsir edir.