30/10/2017 20:12

İran eyni anda 100 gəmini izləyə biləcək müasir radar sistemi yaradıb

İran sahil mühafizəsi qüvvələri üçün nəzərdə tutulan “Afaq” adlı yeni müasir radar sistemi hazırlayıb.

“AzeriDefence”nin “Fars” agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün İranın müdafiə naziri, briqada generalı Əmir Xatəminin iştirak ilə yeni radar sisteminin təqdimat mərsimi keçirilib.

“Yeni sahil müşahidə radarı 200 km məsafədə gəmilərin monitorinqini aparmağa və hava hədəflərini aşkar etməyə və izləməyə qadirdir”, – deyə general Ə.Xatəmi bildirib.

Radarın anti-elektron mübarizə imkanlarına malik olduğunu bildirən müdafiə nazirinin sözlərinə görə, “Afaq” radar sistemi eyni anda 100 gəmini izləyə biləcək.