20/10/2015 10:21

İran hərbi gəmiləri Azərbaycana gələcək

İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri yaxın günlərdə Azərbaycana gələcək.

Bu barədə “AzeriDefence”yə hərbi mənbələrdən məlumat verilib.

Xəbərdə bildirilib ki, İran Hərbi Dəniz Qüvvələrinin hərbi gəmiləri Rusiyada keçirilən təlimdən sonra Bakı limanına yönələcək.

Bakıya gələcək gəmilər dəstəsində İranın Xəzərdəki donanmasına aid “Dəmavənd” korveti, “Coşan” və “Peykan” kiçik artilleriya gəmiləri yer alacaq.