23/01/2018 12:14

İran hərbi təyyarələri ABŞ koalisiyasının gəmilərinə xəbərdarlıq etdi

Ötən gün səhər saatlarında İran Dəniz Donanmasının qoşunlarını izləmək üçün təlim sahəsinə yaxınlaşan ABŞ koalisiyanın iki döyüş gəmisi Dəniz donanması tərəfindən müəyyənləşdirilib.

“AzeriDefence”nin “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu HDQ-nın Baş Qərargah rəisi, kontr-admiral Seyid Mahmud Musəvi deyib.

Bölgədə yerləşdirilən iki ABŞ koalisiya hərbi gəmisi, İranın Cənub sularında və Oman dənizində davam edən İran Ordusunun hərbi təlim zonasından uzaqlaşdırılıb.

“Patrul və kəşfiyyat təyyarələri koalisiya hərbi gəmiləri üzərinə uçaraq onlara bölgəni tərk etmək xəbərdarlığı etdi və hərbi gəmilər təlim sahələrini tərk etdi”, – deyə kontr-admiral bildirib.

Qeyd edək ki, ötən gün səhər saatlarından etibarən İran Ordusu “Məhəmməd Rəsulallah” hərbi təlimlərinə başlayıb. Təlimlər Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və “Xatəm-ül-Ənbiya” Hava Hücumundan Müdafiə Qüvvələri ilə birgə keçirilir. Hərbi təlimlər 3 milyon kvadrat kilometr ərazidə – İranın cənubu, cənub-şərqi, Fars körfəzi və Oman dənizi sahillərində təşkil edilib.