18/04/2017 18:20

İran “Heydər” adlı yeni snayper tüfəngini təqdim edib – FOTO

İran hərbi sənaye kompleksinin hazırladığı “Heydər” adlı 12.7 mm çaplı snayper tüfəngi nümayiş olunub.

Bu barədə “AzeriDefence” İran mediasına istinadən məlumat verib.

Snayper tüfənginin çəkisi patron darağı və aksesuarları ilə birlikdə 17.5 kq, uzunluğu 135 santimetrdir. Tüfəngin maksimum atış mənzili 3000 metr olaraq göstərilir.

Yarımavtomat iş prinsipinə malik “Heydər” snayper tüfənginin darağı ənənəvi tüfənglərdə olduğu kimi gövdənin altında deyil, sol tərəfində, qaz ötürücü boru isə sağda yerləşdirilib.