30/10/2014 09:43

İran hərbi sənayesinin yeni icadı – FOTO

İran zirehli hədəflərə və helikopterlərə qarşı nəzərdə tutulan və çiyindən atılan 20 mm çaplı “Araş” adlı yeni tüfəngini nümayiş etdirib.

“AzeriDefence”nin İran mediasına istinadən verdiyi məlumata görə, 18-20 kq ağırlığa malik “Araş” vasitəsi ilə 2000 metr məsafədən rəqibin helikopterlərini məhv etmək mümkündür.

Uzunluğu 180 sm təşkil edən silah optik nişangahla komplektləşdirilir.