07/11/2017 18:13

İran İraqla sərhəddə raket və radar sistemləri yerləşdirib

İranın “Xatəm-ül-Ənbiya” Hava Hücumundan Müdafiə Qüvvələri İraqla sərhəddə raket və radar sistemləri yerləşdirib.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

Bildirilib ki, Ərbəin günü ilə əlaqədar qonşu ölkədə toplanacaq milyonlarla iranlı zəvvarın təhlükəsizliyini təmin etmək üçün belə bir addım atılıb.

“İranın sərhəddə və xaricində hava məkanını izləmək və zəruri hallarda hər hansı taktiki hərəkətə nəzarət etmək üçün İranın sərhədində radar, raket və sabit və taktiki radioelektron mübarizə sistemləri yerləşdirilib”, – deyə “Xatəm-ül-Ənbiya” Hava Hücumundan Müdafiə Qüvvələrindən bildirilib.