29/09/2012 09:35

İran İsraili bu dəfə “Qader-F” raketi ilə hədələdi

İran hərbi sənayesi 2 min km uçuş uzaqlığına malik “Qader-F” balistik raketini nümayiş etdirib. “AzeriDefence”nin İran KİV-lərinə istinadən yaydığı məlumata görə, yeni raket Tehranda keçirilən Müqəddəs müdafiə həftəsi çərçivəsində təşkil olunmuş sərgidə nümayiş etdirilib.

Ağırlığı 17.5 ton, uzunluğu 15.86 metr, diametri 1.26 metr təşkil edən raket 640 kq döyüş başlığına malikdir.

İran hərbçiləri bu raketlə İsraildəki istənilən hədəfi vurmağın mümkün olduğunu söyləyiblər.

Sərgidə İran sənayesinin istehsalı olan müxtəlif silah sistemləri və hərbi texnika da nümayiş etdirilib.