21/10/2016 18:33

İran dənizçiləri Azərbaycan Ali Hərbi məktəbini ziyarət ediblər – FOTOLAR

Azərbaycanda dostluq səfərində olan İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Dəmavənd” və “Cövşən” döyüş gəmilərinin heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.

Bu barədə “AzeriDefence”yə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

İran HDQ-nın Xəzər donanmasının komandanı, 1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin hərbi məktəbin komandanlığı ilə görüşü keçirilib.

Görüşdə hərbi təhsil müəssisəsinin yaranma tarixi haqqında ətraflı brifinq təqdim edilib və qonaqlar hərbi dəniz fakültəsindəki tədris prosesi ilə tanış olublar.

aahm1

aahm3

aahm4