22/01/2018 12:35

İran Ordusunun genişmiqyaslı təlimləri başlayıb

Bu gün səhər saatlarından etibarən İran Ordusu genişmiqyaslı hərbi təlimlərə başlayıb.

“AzeriDefence” xəbər verir ki, bu haqda “Fars” xəbər agentliyi məlumat yayıb.

Təlimlər Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və “Xatəm-ül-Ənbiya” Hava Hücumundan Müdafiə Qüvvələri ilə birgə keçirilir.

Hərbi təlimlər 3 milyon kvadrat kilometr ərazidə – İranın cənubu, cənub-şərqi, Fars körfəzi və Oman dənizi sahillərində təşkil edilib.