16/02/2017 13:22

İran Pakistanla sərhəddə hərbi-dəniz bazası inşa etdi  

İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) yeni bazasının inşası yekunlaşıb

“AzeriDefence”nin flot.com-a istinadən verdiyi məlumatına görə, bu barədə açıqlamanı İran HDQ-nın komandanı, kontr-admiral Həbibulla Səyyari verib.

O bildirib ki, Pasabandar şəhəri yaxınlığında inşa edilən bu baza artıq istifadəyə verilib. Bazanın orada yaradılması isə İranın həmin bölgədəki hərbi üstünlüyünü artırmağa xidmət edir.

Xatırladaq ki, Pasabandar şəhəri Əmman körfəzi rayonunda yerləşir və İran-Pakistan sərhədinin yaxınlığındadır.