10/02/2019 21:36

İran PUA-ların silahlanması üçün yeni raket hazırlayıb

İran pilotsuz uçuş aparatlarının (PUA) silahlanması üçün “Əhbar” adlı yeni idarə olunan raket hazırlayıb.

“AzeriDefence”nin İran Hərbi Sənaye Təşkilatının saytına istinadən verdiyi məlumata görə, yeni raket ilk dəfə “Eqtedar 40” təlimi və Silahlı Qüvvələrin Müdafiə Nailiyyətlər Sərgisində nümayiş olunub.

Raket vasitəsi ilə PUA-lardan 30 kilometrədək uzaqlıqdakı hədəflərə atəş açmaq mümkündür.

Mikro mühərriki olan “Əxbar”ın çəkisi 27 kq, döyüş başlığı 7 kq-dır. Raketin maksimum sürəti 600 km/saatdır.

Televiziya kamerasına malik “Əxbar” raketinin uzunluğu 1.7 metr, diametri 13 sm təşkil edir.