15/09/2015 13:16

İran “Qaem” adlı yeni radarını təqdim edib

İran “Qaem” adlı yeni radar sistemini təqdim edib.

“AzeriDefence”nin “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, yeni radar sistemi 1000 km radiusda hava məkanına nəzarət etməyə imkan verəcək.

“Hatəm ül-Ənbiya” Hava Hücumundan Müdafiə bazasının komandanı, general Fərzad Esmayelinin sözlərinə görə, hazırda radar quraşdırılma mərhələsindədir.

General İranın radardan yayınan hədəfləri aşkarlamaq və elektron mübarizəyə qarşı müdafiəyə malik “Nazir” və “Bina” adlı iki radarı sentyabrın əvvəlində istifadəyə verdiyini bildirib.

“Bina” və “Nazir” radar sistemləri İranın cənub şərqində, dağlıq və düzənlik bölgələrdə qurulub.