27/08/2019 13:18

İran qısa mənzilli yeni zenit-raket kompleksi hazırlayıb

İran müdafiə sənayesi “Oqab” (Qartal) adlı yeni zenit-raket kompleksi yaradıb.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

“Xatəm-ül-Ənbiya” Hava Hücumundan Müdafiə Qüvvələrində Əməliyyatlar üzrə müavin, general Əlirza Elhami bildirib ki, hazırda “Oqab” zenit-raket kompleksinin son sınaqları keçirilir.

Yerli mütəxəssislərin dizaynı əsasında hazırlanan qısa mənzilli “Oqab” ZRK aşağı hündürlükdə uçan hava hədəflərinin, o cümlədən pilotsuz uçuş aparatların və qanadlı raketlərin məhv edilməsi üçün nəzərdə tutulur.

Generalın sözlərinə görə, gələcəkdə “Oqab” kompleksinin artilleriya raketlərilə də təchiz edilməsi planlaşdırılır.