10/11/2015 09:03

İran Rusiya ilə S-300 kompleksinin alınması ilə bağlı saziş imzaladı

Rusiya İranla S-300 hava hücumundan müdafiə sistemlərinin satışı ilə bağlı saziş imzalayıb.

“AzeriDefence”in məlumatına görə, bu barədə açıqlamanı “Rostex” Dövlət Şirkətinin baş direktoru Sergey Çemezov  verib.

O bildirib ki, sazişin birinci mərhələsi yekunlaşdıqdan sonra İran S-300-lərin alınması ilə bağlı Rusiyaya qarşı məhkəmə iddiasını geri götürəcək.

S. Çemezov əlavə edib ki, Səudiyyə Ərəbistanı isə S-400 kompleksləri ilə maraqlanıb. Hələ ki, bu kompleksin satışı ilə bağlı yalnız Çinlə saziş imzalanıb.

Xatırladaq ki, Rusiya ilə İran S-300 raketlərinin alqı-satqısı ilə bağlı 2007-ci ildə saziş bağlamışdılar. Lakin qərbin təzyiqindən sonra Rusiya bu sazişin icrasını dayandırmışdı. Bu ilin aprelində isə Rusiya yenidən S-300-lərin İrana verilməsi ilə bağlı qərar qəbul edib.