19/08/2017 10:22

İran Suriyada “Scud” raketləri istehsal edən zavod tikir

İran Suriyada “Scud” raketl’rini istehsal və modernizə edən zavod tikir.

“AzeriDefence”nin məlumatına görə, belə bir sensasiyalı yazı ilə İsrail mediası çıxış edib.

Məlumatla bərabər “Eros B” kəşfiyyat peyki ilə çəkilən görüntülər də İsrail mətbuatında nümayiş olunub. İnşa olunan yeni obyektin İranın paytaxtı Tehran yaxınlığında yerləşən kompleksə oxşadığı bildirilir.

Qeyd edək ki, İraq bu tipli raketləri Körfəz müharibəsi zamanı ABŞ hücumuna qarşı istifadə edib. ABŞ xəbər mənbələri isə İsrail kəşfiyyat rəhbərlərinin Suriya və Liviyadakı vəziyyəti Vaşinqtondakı həmkarları ilə bu həftə müzakirə edəcəklərini bildiriblər.