21/10/2016 20:50

İran tanklar üçün aktiv müdafiə sistemini test edib

İran “Zülfüqar” tankının üzərində yerli istehsal olan ilk Aktiv Müdafiə Sistemini test edib.

“AzeriDefence”nin “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, sistem radarın və döyüş sursatının imkanından istifadə edərək idarə olunan və olunmayan raketlərin qarşısını almağa yönəlib.

Təhdidlər İran istehsalı olan doppler radar vasitəsi ilə aşkarlanır və qarşı tədbir sistemi avtomatik olaraq hədəfi məhv edir.

“İlk testlər uğurla həyata keçirilib”, – deyə məlumatda bildirilib.