31/08/2017 17:32

İran unikal radioelektron mübarizə sistemi yaradıb

İran “Aref 2” adı verilən radioelektron mübarizə sistemi yaradıb.

“AzeriDefence”nin “Fars” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Xatəm-ül-Ənbiya” hava hücumundan müdafiə qərargahının komandanı, general-mayor Fərzad Esmayeli jurnalistlərə açıqlamasında bildirib.

Yeni REM sistemi xüsusi əhəmiyyətli obyektlərin mühafizə zonasında hərəkət edən hava, yerüstü və suüstü hədəflərin gizli aşkar edilməsi üçün nəzərdə tutulub.

“Aref 2” radioelektron mübarizə sistemi haqqında ətraflı məlumat verilməyib.

General qeyd edib ki, unikal REM sistemi hesab olunan “Aref 2”nin sentyabrın 1-də Hava Hücumundan Müdafiə Qüvvələri günü təqdimatı keçiriləcək.