23/09/2015 16:00

İran uzaq mənzilli ballistik raketlərini nümayiş etdirdi

İran Silahlı Qüvvələrinin sentyabrın 22-də Tehranda keçirilən hərbi paradında bu ölkənin müdafiə sənayesinin istehsalı olan yeni uzaq mənzilli ballistik raketlər nümayiş olunub.

“AzeriDefence”nin İran mediasına istinadən verdiyi məlumata görə, paradda 4 ədəd “Qədr-F” raketi nümayiş olunub. “Qədr-F” balistik raketi maye yanacaqla çalışır və 1950 km mənzilə sahibdir. Paradda göstərilən “Qədr-H” modifikasiyasının mənzili isə 1650 km təşkil edir.

İranın nümayiş etdirdiyi, 2013-cü ildə hazırlanmış “Siccil” ballistik raketi də 2000 km mənzildə hədəfləri vurmağa imkan verir. Bərk yanacaqla çalışan, ikipilləli mühərrikə sahib “Siccil” İran istehsalı olan ballistik raketlərin üçüncü nəsli hesab olunur. Bu raket “Şahab-3”lərdən daha uzun mənzilə malikdir.

Paradda nümayiş etdirilən raketlər arasında 300 km mənzilə sahib “Xalij-e Fars” gəmi əleyhinə və “Hörmüz” gəmilərə və radarlara qarşı ballistik raketlər də yer alıb.

74d9c9fa569e

iran

7e0edfd12a63

 

40fdfccf222e