19/06/2017 13:41

İran və Çin Hərbi Dəniz Qüvvələrinin birgə təlimi keçirilib

İran və Çin Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hörmüz boğazında birgə təlimi keçirilib.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

İran HDQ-nin birinci bölgə komandanı Amiral Azad İran və Çin hərbi gəmilərinin iştirakı ilə keçirilən təlimlərin Hörmüz boğazından Oman körfəzinə qədər ərazini əhatə etdiyini vurğulayıb.

Birgə təlimlərin məqsədi beynəlxalq terrorçuluğa və dəniz quldurluğuna qarşı mübarizəni təkmilləşdirməkdən ibarətdir.

A.Azad bildirib ki, uğurla nəticələnən təlimlərdə hər iki ölkədən HDQ-nin 700 nəfərədək şəxsi heyəti iştirak edib.