27/02/2017 14:32

İran “Vilayət-95” təlimlərində yeni raketlərini sınaqdan çıxarır

İranın Hərbi Dəniz Qüvvələri “Vilayət-95” hərbi dəniz təlimlərinə başlayıb.

“AzeriDefence”nin İran mediasına istinadən verdiyi məlumata görə, təlimlər Hörmüz boğazı, Əmman dənizi, Hind okeanı, Babulməndəb boğazını əhatə edən iki milyon kvadrat kilometrlik bir sahədə davam edir.

Təlimlər çərçivəsində yeni “Nəsr” qanadlı raket və “Dehləviyə” lazer başlıqlı raket sınaqdan keçirilib.

İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibulla Səyyari bildirib ki, “Vilayət-95” hərbi dəniz təlimi regional təhlükəsizlik səviyyəsini yüksəltmək və dəniz terrorizmi ilə mübarizə məqsədi daşıyır.

Məlumatda o da qeyd olunub ki, İran Hərbi Dəniz Qüvvələrinin genişmiqyaslı təlimləri martın 1-nə qədər davam etdirilməsi planlaşdırılır.