27/11/2017 15:51

İran Xəzər donanmasına yeni raket gəmisi daxil edir

İranın Xəzər donanmasının tərkibinə yeni raketdaşıyıcı döyüş gəmisi daxil ediləcək.

“AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin yeni komandanı, admiral Hüseyn Xanzadin mətbuat konfransında jurnalistlərə deyib.

Bildirilib ki, “Separ (Shield)” adı verilən yeni döyüş gəmisi noyabrın 28-də İranın Dəniz Günündə Xəzər dənizində istismara veriləcək. “Separ” ilə yanaşı, İran mütəxəssisləri tərəfindən təmir edilmiş digər bir döyüş gəmisi də Şimal donanmasının silahlanmasına veriləcək.

Məlumatda o da qeyd olunub ki, yaxın gələcəkdə yeni helikopter və gəmilər donanmanın istismarına veriləcək.