16/04/2017 20:16

İran Xəzər donanmasının sıralarına raket gəmisi daxil edəcək

İran yaxın vaxtlarda Xəzər donanmasının tərkibinə yeni raketdaşıyıcı gəmi daxil etməyi planlaşdırır.

“AzeriDefence”nin “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Həbibullah Səyyari bildirib.

“Sipər” adlı yeni raketdaşıyıcı gəminin donanmanın döyüş sıralarına qəbul ediləcəyi tarix barədə əlavə məlumat verilməyib.

Admiral İranın öz donanmasını ən müasir gəmilərlə və silahlarla təchiz etdiyini açıqlayıb.