01/09/2019 16:21

İran Xəzərdə genişmiqyaslı hərbi təlimlərə başlayıb

İran Hərbi Dəniz Qüvvələri bu gün səhər Xəzər dənizində “Davamlı Təhlükəsizlik-98” adlı genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, İranın dənizdəki gücünü və döyüş hazırlığını artırmaq məqsədi ilə keçirdiyi təlimlərə Hərbi Dəniz Qüvvələrinin kreyserlərı, freqatları, təyyarələr və helikopterləri, habelə Hərbi Dəniz Qüvvələrinə bağlı dəniz piyadaları və komandoları cəlb edilib.

Digər tərəfdən, Hava Hücumundan Müdafiə Qüvvələrinin bölmələri də təlimlərdə iştirak edir.

“Davamlı Təhlükəsizlik-98” çərçivəsində hərbi təlimlər İranın suverenliyi altındakı Xəzər dənizinin 20 faizlik bölgəsində keçirilir.

Məlumatda o da qeyd olunub ki, təlimlərin yaxın gələcəkdə qonşu ölkələrlə bərabər keçirilməsi planlaşdırılıb.