16/02/2018 21:13

İran Xəzərdəki hərbi gəmilərini “Kəmənd” adlı raketdən müdafiə sistemi ilə təchiz edəcək

İran Xəzər dənizindəki gəmilərini “Kəmənd” adı verilən raket hücumundan müdafiə sistemi ilə təchiz edəcək.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə İran mediasına bu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanının müavini, admiral Həmzə Əli Kaviani bildirib.

Admiralın sözlərinə görə, “Kəmənd” sisteminin sınaqları başa çatıb. mart ayına qədər gəmilərə qurulacaq sistem aşağı raketlər daxil olmaqla hündürlükdə hava təhdidləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulur.

Qeyd edək ki, İran 2017-ci ilin dekabr ayında “Sepər” adlı dpyüş gəmisini Xəzər donanmasının sıralarına daxil edib. “Sepər” İranın “Sina” sinfli dördüncü döyüş gəmisidir. Gəminin silahlanmasında atış mənzili 120-150 km təşkil edən 4 ədəd “Nour” və ya “Qader” raketi, habelə 25 mm “Fəcr” və 40 mm top daxildir.

Hazırda İranın Xəzər dənizində 6 döyüş gəmisi mövcuddur.