25/09/2013 06:51

İran Xəzər dənizinə daha bir hərbi gəmi daxil edir

İran yaxın vaxtlarda Xəzər dənizindəki hərbi donanmasının döyüş sıralarına yeni gəmi daxil etməyi planlaşdırır. “AzeriDefence”nin “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Əzəlidəki hərbi birləşmənin komandiri Xordad Hakimi bildirib.

İranda hazırda inşası davam etdirilən “Dəmavənd” adlı esmines cari ilin sonunadək Hərbi Dəniz Qüvvələrinin sıralarına qatılacaq.

Ordu komandiri gəminin taktiki-texniki göstəriciləri barədə əlavə məlumat verməyib.