31/05/2017 10:06

İran yeni 14.5 mm çaplı snayper tüfənginin istehsalına başlayıb

İran “Şaher” (“Shaher”) adlı iriçaplı snayper tüfənginin seriyalı istehsalına başlayıb.

“AzeriDefence”nin “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Ordusunun generalı Seyid Məsud Zavareyi bildirib.

14.5 mm çaplı “Şaher” snayper tüfənginin maksimal atış məsafəsi 4 kilometr, çəkisi 22 kiloqram, uzunluğu isə 1.85 metrdir.

“Şaher” snayper tüfəngi “bolt action” iş prinsipinə malikdir. Silahda hündürlüyü tənzimlənən qundaq, ön hissədə ayaq və daşıma üçün dəstək, habelə təsiri azaltmaq üçün qundaqda amortizator tətbiq edilib. Silaha optik nişangahların qurulması üçün üzərində pikkatini tamasası yer alır.

Antimaterial snayper tüfəngləri sinfinə daxil olan “Şaher” yüngül zirehli texnikalara, beton maneələrə, aşağıdan uçan helikopter və təyyarələrə qarşı tətbiq oluna bilər.