08/02/2019 13:19

İran yeni ballistik raketin seriyalı istehsalına başlayıb

İran müdafiə sənayesi 1000 km mənzilə sahib yeni ballistik raketin seriyalı istehsalına başlayıb.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

Yeraltı raket zavodunda Hava-Kosmik Birliyinin komandiri general Əmir Əli Hacızadənin iştirakı ilə “Dezful” adı verilən “yer-yer” tipli ballistik raketin təqdimatı keçirilib.
Mərasimdə çıxış edən İslam İnqilabı Keşişçiləri Korpusunun komandanı generalı Məhəmməd Əli Cəfəri İranın raket sənayesini inkişaf etdirməyə davam etdiyini vurğulayıb. General hədəfləri uzaq məsafədən yüksək dəqiqliklə, nöqtə atışı ilə vura bilən raketlərin milli imkanlar hesabına istehsal edildiyini deyib.

Qeyd edək ki, İran İslam İnqilabının 40-cı ildönümü ilə bağlı Tehranda açılmış milli aviasiya sərgisində bu ölkənin milli istehsalı olan yeni pilotsuz uçuş aparatı və aviasiya raketləri nümayiş olunur. Sərgi fevralın 11-dək davam edəcək.