25/07/2018 18:46

İran yeni “hava-hava” tipli raketin seriyalı istehsalına başlayıb

İran müdafiə sənayesi yeni “hava-hava” tipli “Fekkur” orta mənzilli raketin seriyalı istehsalına başlayıb.

“AzeriDefence”nin “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “Fekkur” raketinin seriyalı istehsalına müdafiə naziri general Əmir Xatəminin iştirak etdiyi mərasimlə başlanılıb.

Müdafiə naziri tədbirdə çıxışında bildirib ki, İran mütəxəsissləri Qərbin bütün sanksiyalarına baxmayaraq 2017-ci ildə “Fekkur” raketinin dizayn, hazırlanma və test mərhələlərini uğurla tamamlayıblar.

General Əmir Xatəmi “Fekkur” raketinin bütün döyüş təyyarələrində istifadə edilə biləyəcəyini, o cümlədən düşmən təyyarələri ilə hər cür şərtlərdə qarşıdurmaya girə biləcəyini deyib.